Sərdar Berdiməhəmmədov Bakıya gəldi

0

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov martın 2-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »