Müəllim şagirdlərinə zəlzələdən necə qorunmalı olduğunu izah edib – VİDEO

0

Bu gün – 1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür. Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbin “Çağırışaqədərki hərbi hazırlıq” müəllimi Quliyev Akif Qədir oğlu şagirdlərinə təbii fəlakətlər, xüsusən zəlzələ zamanı insanların davranış qaydalarını düzgün bilmələrini izah edib. Müəllim qeyd edib ki, hər bir insan evdə, işdə, kinoda, teatrda, nəqliyyatda və küçədə olan zaman özünü necə aparmaq qaydalarını, eləcə də edə biləcəyi və etməli olduğu hərəkətləri bilməlidir. Hazırlıq işlərinin bir necə gün ərzində aparılması qeyri-mümkündür. Lakin bu istiqamətdə atılan hər bir addım çox vacibdir. Qeyd edib ki, zəlzələ baş verdiyi anda sakit olmağa çalışın: “Pilləkənlərə və ya çıxışlara qaçmayın, eyvana çıxmayın, eyvandan və ya pəncərədən tullanmayın, liftdən istifadə etməyin və s. Olduğunuz yerdən asılı olaraq, mənzil, təhsil ocağı, zavod, müəssisə və s. obyektlərdə əvvəlcədən qısa və təhlükəsiz çıxış yollarını, həmçinin, ilk təkandan sonra yaranan qısa vaxt ərzində ağlınıza gələn çıxış (arxa qapı) yollarını müəyyən edin. Çıxış yollarında maneə yarada biləcək hər hansı bir əşya (qapı arxasında bükülmüş xalça, tozsoran, ütü masası və s.) varsa, onu kənara çəkin.

Xatırladaq ki, Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbin “Çağırışaqədərki hərbi hazırlıq” müəllimi Quliyev Akif Qədir oğlu 20 oktyabr 1977 ci ildə Siyəzən rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1999-cu ildən Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbdə “Çağırışaqədərki hərbi hazırlıq” müəllimi kimi fəaliyyətə başlayıb. 2007-ci ildən Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olub və 2009-cu ildə hərbi xidmətini başa çatdırıb. Hərbi xidmətdə olduğu zaman o, zabit rütbəsində tağım komandiri olub.

Tərxis olunduqdan sonra yenidən Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli məktəbdə müəllim kimi iş fəaliyyətinə dəvam edib. 2020-ci il 29 sentyabrda Cənab Ali Baş komandanın çağırışı ilə II Qarabağ müharibəsində könüllü olaraq iştirak edib.

Döyüşlərdə göstərdiyi şücaətlərə görə Ali baş komandan tərəfindən 4 medalla: “Cəsur döyüçü”, “Füzulinin azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Bundan başqa 2015-ci ildə Fövqəladə Hallar Nazirliyinin 10 illiyi ilə əlaqədar medalla təltif olunub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »