Bu gün Rusiya sülhməramlı kontingentinin komandirinin iştirakı ilə Azərbaycan rəsmiləri və Qarabağın erməni icmasının nümayəndələri ilə görüş keçirilib.
Bu barədə “Sputnik Armenia”ya Rusiya sülhməramlı hərbi kontingentinin komandanlığından məlumat verilib.
Bildirilib ki, görüşdə Laçın dəhlizi və ətraf mühitin monitorinqi məsələləri müzakirə edilib.