23 tonluq yararsız qida məhsulları məhv edildi

0

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

AQTA-dan verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, Star Farm MMC-yə məxsus ümumi sayı 7930 ədəd və Rahid Ramiz oğlu Hüseynova məxsus ümumi sayı 4196 ədəd bioloji aktiv qida məhsulu Təhlükəli Tullantılar MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, Aqro-Vest DC MMC-yə məxsus ümumi çəkisi 22,94 ton müxtəlif növ qida məhsulu isə EkoSum MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »