BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi Ukraynada mülki əhalinin itkiləri ilə bağlı statistik məlumatları yeniləyib.
Bu barədə təşkilatın yaydığı bülletendə məlumat yayılıb.
27 fevral 2023-cü il tarixinə olan məlumata görə, Ukraynada müharibə başlayandan indiyədək 8101 dinc sakin həlak olub, 13479 nəfər yaralanıb.
Qeyd olunur ki, bunlar həlak olduğu sübuta yetirilən şəxslərdir. Real rəqəmlər daha böyük ola bilər.