Türkiyədə təyyarə məcburi eniş etdi – Yaralılar var

Türkiyənin İsparta vilayətində təlim təyyarəsi məcburi eniş edib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, özəl uçuş məktəbinə məxsus təyyarənin mühərriklərindən birində nasazlıq yaranıb. Hadisə zamanı 2 nəfər – pilot və tələbə xəsarət alıb, təyyarə zədələnib.

Comments are closed.

Tərcümə »