Bakıdan kəndlərə qayıdış dövrü BAŞLAYIR

0

Ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və yüksək artımın təmin olunması dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir. Qeyri-neft sektorunda aqrar sahə xüsusi önəm daşıyır.

Azərbaycanda iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün aqrar sahədə islahatlar aparılır. İslahalatların əsas istiqaməti torpaq, meliorasiya və su təsərrüfatının islahatı, müxtəlifnövlü təsərrüfatların yaradılmasıdır.

Aqrar sahədə aparılan islahalatlar fonunda insanların regionlardan Bakı şəhərinə axının zəifləyəcəyi ehtimal olunur. Hətta əvvəllər Bakıya gələn bir çox vətəndaşın aqrar sahədə fəaliyyət göstərmək üçün regionlara üz tutacağı gözlənilir.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, son illər regionlarda aqrar sahədə inkişaf gedir:

“Son illər ölkə başçısının qəbul etdiyi müəyyən sərəncamlar, həyata keçirilən dövlət proqramları ilə əlaqədar olaraq aqrar sahə xeyli inkişaf edib. Bu keçən ilin yekunlarında özünü aydın göstərir. Artıq kənd təsərrüfatı 3,4 faiz artıb. Demək olar ki, bütün sahələrdə tapşırıqlar uğurla həyata keçirilir. Əvvəlki ilə nisbətən pambıq, üzüm istehsalı artıb. Heyvandarlıqda çox ciddi dönüş var. Bu, əlbəttə ki, insanların kənddə qalıb daimi yaşamasına imkanlar yaradır. Əvvəllər həqiqətən kənddən şəhərə axın var idi. Son illər aqrar sahənin inkişafı ilə əlaqədar kənddə qalıb işləyənlərin sayı xeylidir. Şəhərdən kəndə müəyyən axın hiss olunur. Xüsusilə müəyyən adamların kəndə gedib, orada kənd təsərrüfatı ilə məşğul olmaları reallığa çevrilib”.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizin də əkin dövriyyəsinə daxil edilməsi regionlara axına imkan verəcək:

“İşğaldan azad edilmiş torpaqların əkin dövriyyəsinə daxil edilməsindən sonra hesab edirəm ki, bu daha da genişlənəcək. 1000 hektarlarla sahələr minalardan təmizlənir. 50 min  hektar torpaq dövriyyəyə daxil olunub. Yay aylarında arı ailələri, heyvandarlıq fermer təsərrüfatı Kəlbəcərə göndərildi. İşğaldan azad olunmuş müəyyən yerlərdə kənd təsərrüfatının inkişafı ilə bağlı tədbir görüldü. Bu da şəhərin yüngülləşməsinə, əhalinin rayonlara axınına şərait yaradacaq”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »