Türkiyə və BMT Rusiyanın kənd təsərrüfatı məhsulları və ammiakının (azot ilə hidrogen birləşməsindən əmələ gələn kəskin qoxulu rəngsiz qaz) bazarlara çıxması üçün böyük təminat istəyir.
Bu barədə “RİA Novosti” danışıqlarda iştirak edən mənbəyə istinadla məlumat yayıb.
“Hazırda logistika, sığorta və ödəniş baxımından maneələr var. Mən istərdim ki, Qərb ölkələrindən böyük təminatlar alınsın və bu, ictimaiyyətə açıqlansın”, – mənbə bildirib.
Onun sözlərinə görə, bu, Qara Dəniz Taxıl dəhlizinin rahat işləməsinə kömək edəcək.
Qeyd edək ki, taxıl razılaşmasının müddəti martın 18-də başa çatır.