İraqın Əl-Divaniyə bölgəsində ABŞ hərbçilərinin avtomobil karvanı partladılıb.
Modern.az İraq mətbuatına istinadla xəbər verir ki, ABŞ-nin İraqda yerləşən hərbi bazasına silah-sursat, ərzaq və tibbi ləvazimat daşıyan hərbi avtomobil karvanı partladılıb. Hadisə nəticəsində canlı qüvvə itkisi barədə məlumat yoxdur. Lakin avtomobil karvanındakı 5 hərbi avtomobil məhv edilib.
Qeyd edək ki, İraq hökuməti ABŞ hərbi bazalarının çıxarılması haqqında Ağ ev qarşısında dəfələrlə məsələ qaldırsa da, rəsmi Vaşinqton hərbi bazasını ölkə ərazisindən çıxarmağa tələsmir.
İraq parlamenti 2021-ci ildə geniş müzakirələr keçirib və nəticədə ölkə ərazisində kənar dövlətlərin hərbi baza saxlamasını qadağan edən qanun qəbul edib. Buna baxmayaraq, İraq ərazisində hələ də ABŞ-nin hərbi bazaları mövcuddur.