Rusiya Müdafiə Nazirliyinə məxsus “Su-24” təyyarəsi qəzaya uğrayıb.
TASS xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, hadisə vilayətin Valuysk rayonunda baş verib. Məlumata görə, təyyarənin pilotu katapult etməyə müvəffəq olub.