Moldovada casus şəbəkəsi ələ keçirildi

0

Moldovada fəaliyyət göstərən xarici kəşfiyyat şəbəkəsi ifşa edilib.

Bu barədə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Beş nəfər istintaqa cəlb edilib: Hamısı Moldova vətəndaşıdır. İki casus 2022-ci ilin dekabrında saxlanılıb və həbs edilib, daha üçü şübhəli şəxs statusundadır. Onlar üçüncü ölkənin xüsusi xidmət orqanlarına kömək ediblər”, – məlumatda deyilir.

Qeyd olunub ki, Moldovadan olan mühacirlərin təxribat fəaliyyətini maliyyələşdirən xarici vətəndaşlar da hüquq-mühafizə orqanlarının nəzərindədir:

“Bu qrup 2020-ci ildən istintaq altındadır. Onlar kütləvi etiraz aksiyalarının təşkilində və etnik ədavətin qızışdırılmasında iştirak edirlər”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »