İstehlaka yararsız qida məhsulları məhv edildi

0

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsullarını məhv edib.

AQTA-dan verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında, “Milla Dairy” MMC-yə məxsus 2 adda 12,5 ton müxtəlif növ dondurma məhsulu, “Qurman Plyus” MMC-yə məxsus 15 ton müxtəlif növ ət və süd məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »