ABŞ Ukraynaya 72 kilometrə qədər uzaqmənzilli və yüksəkdəqiqlikli bombalar verəcək.
Bu barədə “Bloomberg” yazıb.
Nəşrin məlumatına görə, söhbət “Jdam-ER”lərdən gedir. Onların çəkisi 220-900 kiloqram arasında dəyişir. Bu vasitə ilə digər bombalar da idarə olunan hərbi sursata çevrilə bilər.
“Belə bir bomba atıldıqdan sonra qanadlarını genişləndirir, bu da uçuş məsafəsini üç dəfə artırır”, – deyə qeyd olunub.
Pentaqon tədarük barədə rəsmi elan verməsə də, “Bloomberg”in məlumatına görə, ABŞ və Ukrayna bu barədə razılığa gəliblər.