ABŞ Ukraynaya yeni sursat tədarükünə start verəcək

0

ABŞ Ukraynaya 72 kilometrə qədər uzaqmənzilli və yüksəkdəqiqlikli bombalar verəcək.

Bu barədə “Bloomberg” yazıb.

Nəşrin məlumatına görə, söhbət “Jdam-ER”lərdən gedir. Onların çəkisi 220-900 kiloqram arasında dəyişir. Bu vasitə ilə digər bombalar da idarə olunan hərbi sursata çevrilə bilər.

“Belə bir bomba atıldıqdan sonra qanadlarını genişləndirir, bu da uçuş məsafəsini üç dəfə artırır”, – deyə qeyd olunub.

Pentaqon tədarük barədə rəsmi elan verməsə də, “Bloomberg”in məlumatına görə, ABŞ və Ukrayna bu barədə razılığa gəliblər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »