Ötən ay Ermənistanın Geğarkunik vilayətinin Azat kəndində yerləşən hərbi hissədə yanğınla müşayiət olunan partlayışda ölən hərbçilərin valideynləri etiraz aksiyası keçirib.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, ailələr Ermənistan Nazirlər Kabinetinin inzibati binasının önünə toplaşıblar. Onlar hadisənin düzgün araşdırılmasını tələb ediblər.
Qeyd edək ki, rəsmi versiyada hadisənin istilik təhlükəsizliyi qaydalarına riayət olunmamasından baş verdiyi deyilsə də, ailələr buna inanmır və ədalətli araşdırma ilə həqiqətin aşkarlanmasını istəyirlər. Hadisə nəticəsində 15 hərbçi ölmüşdü.