Nikol Paşinyanın faktiki olaraq Rusiya əleyhinə növbəti hücumu nə Moskvada, nə də İrəvanın özündə nəzərdən qaçacaq.
Bunu rusiyalı politoloq Vitali Arkov deyib.
“Paşinyan Qərb ağalarının əmri ilə Münhendə səs-küylü bəyanatlar verməklə, özünün “şərəfli” siyasi sonunun yaxınlaşmasını sürətləndirdi”, – o bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində KTMT barədə, eləcə də İrəvanın bu təşkilatda iştirakının zəruriliyi ilə bağlı müəyyən narahatlığı olduğunu bildirib: “Bizim KTMT ilə bağlı müəyyən narahatlıqlarımız var və bu narahatlıq ictimailəşdirilib. Biz tərəfdaşlarımızla bu məsələləri qaldırdıq. Və narahatlıq hələ də davam edir. Həll yollarının tapılması üzərində işləyirik”.