4 ton şirniyyat məhv edildi

0

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 4 tondan çox unlu qənnadı məmulatlarını məhv edib.

Bu barədə AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, Sun Food MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciəti əsasında ümumi çəkisi 4.19 ton müxtəlif növ unlu qənnadı məmulatı EkoSum MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »