İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsində Qarabağ məsələsinin həllinin konturlarını çox aydın şəkildə göstərdi. Qısacası, onları bir sözlə – kapitulyasiya ilə təsvir etmək olar. Anladığınız kimi, kapitulyasiya edən Ermənistan olmalıdır.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Qleb Kuznetsov deyib.
“Nikol Paşinyan və Ararat Mirzoyanın davranışı da rəsmi İrəvanın təslim olmağa hazır olduğunu göstərir”, – o bildirib.