İndiyədək zəlzələ bölgəsində 4700-ə yaxın afterşok olub. Çox qeyri-adi vəziyyətdir.
Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ riski azaldılması üzrə baş direktoru Orhan Tatar deyib.
“Hər 4 dəqiqədən bir zəlzələ baş verir. Bu afterşokların əksəriyyəti hiss olunur. 3,5 və daha yuxarı bal gücündə çoxlu afterşoklar var, lakin 4 və daha yuxarı bal gücündə afterşoklar 40-a yaxındır. Bunlar yaxın günlərdə də davam edəcək. Xüsusilə 5-dən yuxarı baş verə biləcək afterşoklarla qarşılaşa bilərik”, – deyə o əlavə edib.