Rusiya, Çin və CAR-la birgə hərbi təlimlərə başladı

0

Hind okeanında Rusiya, Cənubi Afrika Respublikası (CAR) və Çinin “Mozi-2” kod adı altında birgə hərbi dəniz təlimləri başlayıb.

Axar.az xəbər verir ki, bu barədə CAR-ın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər fevralın 17-dən 27-dək KvaZulu-Natal sahillərində Durban və Riçards körfəzi arasındakı akvatoriyada keçiriləcək.

Çin təlimlərə bir esmines, bir freqat və köməkçi gəmi göndərib, Cənubi Afrika isə bir freqat və iki köməkçi gəmi təqdim edəcək. Rusiyanı bu təlimlərdə “Admiral Qorşkov” freqatı və “Kama” orta dəniz tankeri təmsil edir.

Xatırladaq ki, 2019-cu ilin noyabrında da CAR, Çin və Rusiyanın oxşar təlimləri keçirilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »