Tehran məşhur terrorçuya sığınacaq verdi

0

“Əl-Qaidə”nin yeni lideri olduğu iddia edilən Seyf əl-Adil İrandadır.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

Məlumatı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da təsdiqləyib:

“Mövzu ilə bağlı Vaşinqtonun qiymətləndirməsi BMT-nin hesabatı ilə uyğundur. İranın Əl-Qaidəyə sığınacaq verməsi onun terrorizmə geniş dəstəyini, Yaxın Şərqdə, eləcə də onun hüdudlarından kənarda sabitliyi pozan fəaliyyətlərinin daha bir nümunəsidir”.

Prays qeyd edib ki, Seyf əl-Adil İranda qalacağı təqdirdə ABŞ terror təhdidinin yaranmasına göz yummayacaq:

“Biz terror qruplaşmasına verdiyi dəstəyə görə İrana qarşı hərəkətə keçdik. Vaşinqton İranın yaratdığı bütün problemlərə qarşı çıxmaq üçün avropalı müttəfiqləri ilə sıx əməkdaşlıq edəcək”.

Qeyd edək ki, başına 10 milyon dollar mükafat qoyulmuş keçmiş Misir xüsusi təyinatlı zabiti, Əl-Qaidə üzvü Seyf əl-Adil terrorçuların “şərtsiz” lideri hesab olunur.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »