Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyan axtarışa verilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Eks-nazir vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır. İttihama əsasən, o, 2016-2018-ci illərdə hərbçi olmayan 29 şəxsə mənzillərin verilməsi barədə göstəriş verib.