Bakıda silahlı şəxs ələ keçdi

Bakıda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Fuad Musayev saxlanılıb.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 patron aşkar olunaraq götürülüb.

Comments are closed.

Tərcümə »