Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Niderland Krallığının Rotterdam şəhərində yerləşən Qarabağ idman klubunda, Türkiyədə və Cənubi Azərbaycanda baş vermiş zəlzələdə həyatını itirmiş insanların anım mərasimi təşkil edilib.

Mərasimi Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov açıb.

Zəlzələ qurbanlarının ruhları bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Türkiyə qardaşlığının önəmli tərəflərini vurğulayan Elsevər Məmmədov, həmçini iki dövlət arasında olan sıx bağlılıqdan danışıb.

Türk icmasından olan qonaqlar da mərasimə dəvətli idilər. Azərbaycan xalqına və dövlətinə göstərdiyi yardıma görə öz təşəkkür və ehtiramını bildirən türk qardaşlarımız, insanlarımızın səmimiliyindən, yardımından düyğulandiqlarını bildiriblər.

Zəlzələ qurbanlarının ruhuna Hollanda Turk Federasyonun nezdinde fealiyyet gosteren “Versaar-Turk Islam Islam Medeniyyet merkezinin” dini xadimi Ensar Kalemli Qurani Kərim tilavəti etdi və dualardan sonra ehsan verilib.

Mərasimə, Ana Vətən Avropa Azərbaycanlı Qadınları birliyinin üzvləri, Beynəlxalq Azərbaycanlı Xanımları Klubu və burada yaşayan digər soydaşlarımız da qatılıblar.

Sonda, İştirakçılar arasında fikir mübadiləsi aparılıb.