Ukrayna Niderlanddan bu qırıcıları istədi

0

Kiyev Niderlanda Amerika F-16 qırıcılarının tədarükü üçün müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə Niderland müdafiə naziri Kaysa Ollonqren məlumat verib.

“Ukrayna həqiqətən də bizdən qırıcıların tədarükünə kömək etməyimizi xahiş edib. Ancaq bu tələbi yerinə yetirmək asan deyil”, – Ollonqren qeyd edib.

Onun sözlərinə görə, Niderland müttəfiqləri ilə məsləhətləşəcək və döyüş təyyarələrinin Ukraynaya verilməsi qərarının mümkün nəticələrini qiymətləndirəcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »