Türklərdən çağırış: Xoya köməyi əsirgəməyin

0

Sosial şəbəkə üzərindən yaradılan Güney Azərbaycan qrupunun üzvləri yardım kampaniyasına qoşulub. Onlar əllərindən gələn hər cür dəstəyi göstərməyə hazırdılar.

Bunu Axar.az-a Türkiyədə yaşayan Güney Azərbaycandan olan milli fəal Kürşat Ağdərəli deyib.

“Milli fəallarımız bacardıqları qədər Türkiyədəki qardaşlarımıza kömək etməyə çalışır. Türkiyəli dostlarımız isə bizə deyir ki, sizin Xoy şəhərində də zəlzələ olub. Onları da unutmayın. Özləri belə durumda olmasına rəğmən, Xoy sakinlərini də düşünür. Bir dostum isə vurğulayıb ki, Türkiyəyə dünyanın çox ölkəsindən yardım gələcək. Amma İrana yardım edən yoxdur, heç hökumət özü də vətəndaşları üçün yardım etmir. Odur ki, əlinizdən gələn dəstəyi Xoy üçün əsirgəməyin”, – o bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »