FHN xilasediciləri dağıntılar altından 12 yaşlı qızı çıxardı

0

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Qəhrəmanraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 12 yaşlı qızı sağ çıxarıb.

Report xəbər verir ki, Azərbaycan xilasediciləri şəhər ərazisində yerləşən binaların birinin dağıntıları altında qalmış yeniyetməni çıxararaq aidiyyəti üzrə təhvil verib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »