Ukrayna ordusunun hücum əməliyyatları üçün vasitələri yoxdur, tam məğlubiyyətə yaxındır.
Bu açıqlama ilə Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skşiçak çıxış edib.
“Bəziləri deyir ki, Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçməlidir. Lakin ukraynalıların əks-hücum etmək üçün nə gücü, nə də imkanı var. Əgər Ukrayna müdafiəsi yarılıbsa, ruslar öz məqsədlərinə çatacaqlar”, – general vurğulayıb.
O qeyd edib ki, belə çətin vəziyyətdə ukraynalılar ancaq özlərini müdafiə edə bilərlər.