Amerikalı xilasedicilər də Türkiyəyə yollandılar

0

ABŞ-dan olan axtarış-xilasetmə qrupları dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırlmasında iştirak etmək üçün Türkiyəyə yola düşüblər.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilib.

“Virginia Task Force 1 Urban Search and Rescue və Los Angeles Fire Department-nin şəhər axtarış-xilasetmə qrupları bu dağıdıcı zəlzələlərdən sağ qalanları tapmaq üçün Türkiyəyə yollanır. Komandaya 161 üzv, 12 it və 77,110 kilodan artıq çəkisi olan xüsusi avadanlıq daxildir. Onlar artıq ölkədə fəaliyyət göstərən USAID – US Agency for International Development-nin komanda üzvlərinə qoşulurlar”, – məlumatda qeyd edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »