Ukraynada yeni daxili işlər naziri təyin olunur

0

Ukrayna Ali Radasına Daxili İşlər Nazirliyinin yeni rəhbəri vəzifəsinə nazir səlahiyyətlərini icra edən İqor Klimenkonun təyin edilməsi tövsiyə olunub.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Telegram-da deputat Aleksiy Qonçarenko yazıb.

O qeyd edib ki, bu barədə Ali Radanın Hüquq-mühafizə məsələləri üzrə komitəsi müvafiq qərar qəbul edib.
“Hüquq-mühafizə məsələləri üzrə komitə Ali Radaya İqor Klimenkonu daxili işlər naziri vəzifəsinə təyin etməyi tövsiyə edib”, – o yazıb.

Xatırladaq ki, Ukraynanın daxili işlər naziri Denis Monastırski 2023-cü il yanvarın 18-də Kiyev vilayətinin Brovarı şəhərində aviqaqəzaya düşərək həlak olub. Hadisə zamanı ölənlər arasında nazir müavini Yevgeni Yenin də olub.

Ukraynada baş verən faciəyə görə Daxili İşlər Nazirliyinin rəhbərlərinə helikopterlə uçmaq qadağan edilib. İndi onlara yalnız avtomobil yolu ilə getməyə icazə verilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »