Türkiyənin 3 vilayətinə avtomobillərin girişi qadağan olundu

0

Türkiyənin 3 vilayətinə avtomobillərin girişi yasaqlanıb.

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti açıqlayıb.

Bildirilib ki, Hatay, Kahramanmaraş ve Adıyamana yerli vaxtla saat 11.00-dan etibarən 48 saat müddətinə nəqliyyat vasitələrinin daxil olması dayandırılıb.

Təbii fəlakətlə bağlı ləvazimatların nəql olunmasını həyata keçirən maşınlar isə istisna təşkil edəcək.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3419 nəfər həyatını itirib, 20 534 nəfər isə yaralanıb. 8 mindən çox insan isə dağıntılar altından salamat çıxarılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »