Avropa Komissiyası ilə Anlaşma Memerandumu uğurla icra edilir

0

Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Məlumat üçün bildiririk ki, Bakı 2015-ci ildən ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti 9-cu toplantısına ev sahibliyi edir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları geniş nitqlə çıxış etmişdir. Cənab Prezident öz çıxışında Cənub Qaz Dəhlizi və Yaşıl Enerjinin əhəmiyyəti ilə bağlı mühüm mesajlar verdi. Ölkə başçısı qeyd etdi ki, hazırda mövcud geosiyasi vəziyyətdə enerji təhlükəsizliyi ilə bağlı müzakirə edilən məsələlər olduqca aktualdır və bu gün enerji təhlükəsizliyi məsələsi artıq hər bir ölkə üçün milli məsələ səviyyəsinə qədər yüksəlib.

Dövlətimizin başçısı öz çıxışında real vəziyyəti konkret faktlarla, nümunələrlə izah etdi. Bu baxımdan əvvəllər Qərb dünyasının dırnaqarası baxdığı və reallaşmasına şübhə ilə yanaşdığı Cənub Qaz Dəhlizinin böyük rola malik olduğu İlham Əliyev cənabları tərəfindən vurğulandı.

Bu gün hər kəs dərindən anlayır ki, faktiki III Dünya müharibəsinə çevrilməkdə olan Rusiya – Ukrayna müharibəsi tezliklə sona çatsa belə əvvəlki geosiyasi vəziyyəti bərpa etmək uzun illər alacaqdır. Məhz bu səbəbdən bütün istiqamətlərdə olduğu kimi enerji təhlükəsizliyi məsələsində də yeni diplomatiyaya ehtiyac yaranır. Belə bir vaxtda çətin vəziyyətdə qalan Avropa zəngin enerji resurslarına malik olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Bununla yanaşı ölkəmizdə mövcud olan sabitlik və “sözümüz imzamızdır” deyən Möhtərəm Prezidentimizin qətiyyətli siyasəti bu əməkdaşlığın genişlənməsinə təkan verir. Bütün bunların fonunda Avropa İttifaqı ölkələri ilə dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və imzalanan razılaşmalar bu əməkdaşlığın daha da genişlənməsinə və Azərbaycanın etibarlı tərəfdaş rolunu oynamasına gətirib çıxarır. Enerji sahəsində zəngin potensiala sahib olan ölkəmiz bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında öz fəaliyyətini durmadan genişləndirməkdədir.

Əminliklə deyə bilərik ki, hazırda Azərbaycan tərəfindən Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumu uğurla icra edilir. Bu istiqamətdə reallaşacaq layihələr Azərbaycana iqtisadi və siyasi cəhətdən əlavə stimul verəcəkdir. İnanırıq ki, nəzərdə tutulmuş beynəlxalq layihələrin həyata keçirilməsi nəticəsində Avropanın enerji təhlükəsizliyini təmin edən Azərbaycan mühüm enerji mərkəzinə çevriləcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »