4 tələbəmiz hələ də tapılmayıb – SƏFİR

0

Malatyada təhsil alan dörd tələbəmiz dağılmış binanın altında qalıb.

Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

“Onların axtarışı davam etdirilir. Təəssüf ki, tələbələrlə bağlı hələlik məlumat yoxdur. Bundan başqa xəstəxanalarla da əlaqə saxlayırıq, onların arasında azərbaycanlı yoxdur”, – deyə səfir vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »