Səfirlikdən Türkiyədəki vətəndaşlarımıza müraciət

0

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

“Qəhramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”, – səfirlikdən qeyd olunub.

Qeyd edək ki, bu gecə Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, 76 nəfər ölüb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »