Misirin keçmiş baş naziri vəfat etdi

0

Misirin keçmiş baş naziri Şərif İsmayıl 67 yaşında vəfat edib.

Bunu Misir Prezidenti Əbdülfəttah Sisi deyib.

“Misirin ən yaxşı insanlarından olan bu fəzilətli şəxsə, bu xalqın vicdanını təcəssüm etdirən şəxsiyyətə – keçmiş baş nazir Şərif İsmayıla dərin hüznlə yas tuturam. Bu vicdanlı insanın itkisi ilə əlaqədar Misir xalqına başsağlığı verirəm”, – Sisi bildirib.

Bu gün Qahirədə Şərif İsmayılın dəfn mərasiminin keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Şərif İsmayıl 2015-2018-ci illərdə Misirin baş naziri olub. Son illərdə İsmayıl Misir prezidentinə milli layihələrin həyata keçirilməsində yardım edirdi.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »