İstanbulda 180 reys təxirə salındı

0

Türkiyənin İstanbul hava limanı və Sabiha Gökçen hava limanında eniş və ya qalxışlı ümumilikdə 180 reys təxirə salınıb.

Reyslərin 152-si İstanbul hava limanı, 18-i isə Sabiha Gökçen adına aeroporta şamil olunur.

Məlumata görə, uçuşların ertələnməsinə səbəb əlverişsiz hava şəraitidir.

Qeyd edək ki, Bakıdan İstanbula uçan təyyarə də hava şəraiti səbəbindən Ankarada enməli olub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »