İsrailin Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə yardım ayırıb.
Bu barədə İsrailin XİN başçısı Eli Koen tviter hesabında yazıb.
“Mən Xarici İşlər Nazirliyinə Türkiyəyə ağır fəlakətlə mübarizə üçün sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdım. Qəlbimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını arzu edirik”, – deyə XİN başçısı vurğulayıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.