İran hücumun qarşısını almaq üçün tədbir görməyib

0

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı İran polisi terrorçunu zərərsizləşdirmək üçün heç bir addım atmayıb.

Bunu Xarici işlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, terrorçunun dəfələrlə səfirliyimizə daxil olmaq cəhdlərinə baxmayaraq, İran polisi bu terror aktının qarşısını almayıb:

“Avtomat, tapança və “Molotov kokteyli” ilə silahlanmış terrorçu cəhdinin baş tutmadığını gördükdə səfirliyin əməkdaşlarının ailə üzvlərinin yerləşdiyi mərtəbədəki mənzillərin şüşələrinə atəş açmaqla məqsədinə nail olmağa çalışıb. Sonra da səfirliyimizin avtomobilini yandırmağa cəhd göstərib. Daha sonra terrorçunun istifadə etdiyi avtomobildən bir nəfər naməlum şəxs müxtəlif əşyalar götürərək uzaqlaşıb. Bütün bu amillər bu hadisənin qəsdən törədilmiş terror aktı olduğunu bir daha sübut edir”.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »