Binaların seysmoloji vəziyyəti öyrənilməlidir – Qurban Yetirmişli

0

Bakıda binalar tikilməzdən əvvəl ərazinin seysmoloji vəziyyəti öyrənilməlidir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Bakıda yan-yana dayanan binaların biri 8, digəri 9 ballıq zəlzələyə davamlı nəzərdə tutulur: “Mikrorayonlarşdırma xəritəsinə uyğun binalar tikmək olmaz. Seysmoaktiv ərazilərdə bu xəritələrlə işləmək olmaz. Prosesdə xəritə yox, seysmoaktiv vəziyyət dəyərləndirilməlidir”.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »