Səbinə Kətanovaya cinayət işi açıldı

0

Bloger Səbinə Kətanova idarə etdiyi avtomobillə piyadanı vurub.

Trend xəbər verir ki, o paytaxtın Nərimanov rayonu ərazisində idarə etdiyi “Toyota Prado” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Daha sonda ərazidən uzaqlaşıb.

S. Kətanovanın hadisə törətməsi təhlükəsiz şəhər kameraları vasitəsilə aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »