Bakı getdikcə fəallaşır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, necə deyərlər, öz gücünü hiss etdi. Aktiv, hətta bəzən aqressiv hərəkət edir. Türkiyənin dəstəyini alır və getdikcə öz hüquq və iddialarını daha fəal müdafiə edir.
Bunu MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Novikov deyib.
“Tehran İranda yaşayan azərbaycanlılardan narahatdır. Azərbaycan nə qədər güclü olsa, Türkiyə ilə əlaqəsi daha sıx olsa, İran daxilində Azərbaycanla birləşmək istəyi bir o qədər yüksək olacaq. İran Azərbaycan arasında münasibətlər bundan sonra da pisləşəcək. Ola bilsin ki, Bakı ilə Tehran arasında bütün təmaslar pozulacaq. Mən hərbi eskalasiyanı istisna etmirəm. Məsələn, Naxçıvan bölgəsində İran-Azərbaycan sərhədində toqquşma ola bilər”, – o bildirib.