Rusiya prezidenti Vladimir Putinin Federal Məclisdə müraciət edəcəyi gözlənilir.
Bu barədə TASS-a Dövlət Dumasındakı mənbə bildirib.
“Prezidentin müraciəti fevralın 20 və ya 21-də baş tuta bilər”, – mənbə deyib.
Rusiyalı politoloq Sergey Markov isə özünün teleqram kanalında yazıb ki, Rusiya prezidentinin Federal Məclisdə müraciəti Ukraynada başladılan “xüsusi əməliyyat”ın ildönümündə, fevralın 24-də baş tuta bilər.