Yunanıstan Hərbi Hava Qüvvələrinə aid qırıcı təyyarə dənizə düşüb.
“TRT Haber” xəbər verir ki, “F-4” tipli qırıcı Andravida şəhəri yaxınlığında, İon dənizi səmasında olarkən suya düşüb.
Qəza zamanı təyyarənin göyərtəsində pilot və köməkçisi olub. Onların katapult etdiyi ehtimal edilir.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir, səbəb araşdırılır.
73 baxış