Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Pirallahı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Comments are closed.

Tərcümə »