Bəzi ölkələr İrandakı səfirliklərini bağlamaq istəyir

0

Bir sıra ölkələrin səfirlikləri İrandakı fəaliyyətlərini dayandırmaq istəyir.

Trend xəbər verir ki, Azərbaycan səfirliyi İranı tərk edən yeganə dipmissiya olmaya bilər.

Belə ki, Azərbaycan səfirliyinə qarşı terror hücumu ardından da İranda baş verən hadisələr, müxtəlif vilayətlərdəki raket hücumları bir sıra ölkələrin səfirliklərini də ölkəni tərk etməyə vadar edə bilər. Artıq bəzi ölkələrin səfirlikləri əməkdaşlarının Azərbaycan üzərindən çıxarılması haqda düşünürlər.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »