“Can Azərbaycanın İrandakı səfirliyinə təşkil olunan xain hücumu şiddətlə qınayıram”.
Avrasiya.net xəbər verir ki, bunu Quzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu tviterdə yazıb.
“Hücum nəticəsində şəhid olan mühafizə xidməti rəhbərinə Allah rəhmət eləsin. Onun ailəsinə, Azərbaycan xalqına başsağlığı verirəm. Allah yaralılara şəfa versin”, – o bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.