Ukraynanın endirdiyi raket zərbələri nəticəsində yaralanan “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin Kremldən yeni vəzifə almağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayılıb.
İddia edilib ki, “Şeş Beş” restoranına düşən mərminin hədəfi çox güman ki, Roqozin deyil, həmkarı Vitali Xotsenko olub:
“Mərmi Xotsenko orada göründüyü anda binaya düşüb. Roqozin isə axmaqlığı ucbatından yaralanıb. Roqozinin yaralanmasına yeganə səbəb erkən dəvətlə Donetskdə bir qrup insanı toplamaq ideyasıdır. Onların arasında Roqozinin həyat yoldaşı – ərini doğum günü münasibətilə təbrik etməyə gələn Tatyana Roqozina da olub, lakin sağ qalıb”.
Rusiya istintaq orqanları Xotsenkoya sui-qəsdi cəhdini əsas versiya kimi nəzərdən keçirir:
“Yaralı Roqozin fəal şəkildə müsahibələr verməyə başlayıb və bununla da Kremldən yeni vəzifə almağa çalışır. Amma aydındır ki, ağılsızlığı ucbatından öz adamlarının ölümünə səbəb olmuş şəxsə heç kim dövlət vəzifəsi verməyəcək”.