Azərbaycan səfirliyinə hücum bizi şoka salıb – Zaxarova

0

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.

XİN sözçüsü bu barədə “Telegram” kanalında yazıb.

“Azərbaycan səfirliyinə hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk!

Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik”, – deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »