ALDP İrandakı səfirliyimizə edilən terrorla bağlı bəyanat qəbul edib

0

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyəti yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı Bəyanat qəbul edib.

Bəyanatda deyilir:

Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terror aktını şiddətlə qınayırıq. Beynəlxalq konvensiyalara uyğun olaraq, İran səfirliyimizi qorumalı idi. Amma belə olmadı və silahlı hücum zamanı belə postda duran İran polisləri heç bir köməklik göstərməyiblər. Bu, nəinki xoşagəlməz, qəbuledilməz hərəkətdir.

ALDP hesab edir ki, bu Azərbaycan – İran münasibətlərinə böyük zərbədir və ölkələr arasında hökm sürən soyuqluğu, heç də yaxşı olmayan münasibətləri daha da kəskinləşdirə bilər.

İran son 30 il ərzində, ermənilərlə birləşib Azərbaycana qarşı müxtəlif formalarda təxribatlar edib. Azərbaycanın haqqlı olduğu bir zaman, Vətən müharibəsi dövrü və müharibədən sonra İran ermənilərin tərəfini saxlayıb Azərbaycanı hədələyirdi. Azərbaycan sərhədinin yaxınlığında hərbi təlimlərin keçirilməsi, Qafanda konsulluğun açılması, “separatçılara” hərtərəfli dəstəyi və bu kimi hərəkətlər münasibətlərə zərbə vuraraq, son terror aktına gətirib çıxartdı.

ALDP bu hücumun tezliklə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edir. ALDP hücumun qarşısını alarkən şəhid olan səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir!

Leave A Reply

Your email address will not be published.

Tərcümə »