Putin mənim üçün heç kimdir – Zelenski

0

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşməkdə və onunla sülh danışıqlarında maraqlı deyil.

Zelenski bu fikri “Sky News”a müsahibəsində deyib.

Ukrayna lideri bildirib ki, bu gün Putin onun üçün “heç kimdir”.

V.Zelenskinin sözlərinə görə, o, Rusiyada kimin qərar verdiyini də anlamır.

Zelenski “Putinlə görüş müharibənin həllinə kömək edəcəkmi” sualına cavab olaraq deyib ki, buna inanmır. Çünki Moskva daim sülh haqqında bəyanat verir, amma Ukraynaya raketlərlə hücum edərək, öz yalanını ortaya qoyur.

Ukraynanın ali baş komandanı bildirib ki, bu gün Moskvada kimin qərarlar verdiyini başa düşmədiyi üçün Kremlin sahibi ilə görüşməkdə və onunla mümkün sülhü müzakirə etməkdə maraqlı deyil.

“Mənə onunla görüşmək, danışmaq maraqlı deyil… Çünki Rusiyada kimin qərar verdiyini həqiqətən başa düşə bilmirəm”.

Eyni zamanda, Zelenski qeyd edib ki, ukraynalıların həyatını xilas etmək Putin rejiminin başlatdığı ədalətsiz müharibədə onun bir nömrəli prioritetidir.

“Rusiya ərazisində döyüşmək istəmirəm. Sadəcə istəyirəm ki, müharibəni tez dayandırsınlar və ölkəmizi tez tərk etsinlər. Sizə dəqiq deyə bilərəm ki, ərazimizi tərk etsələr, müharibə dayanacaq”, – deyə Zelenski bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »